Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) tvitter hesabında Çanaqqala zəfərinin ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Qardaş Türkiyənin İstiqlal müharibəsi tarixində əsas rola malik, qəhrəmanlıq dastanı Çanaqqala zəfərindən 108 il ötür.
Türkiyənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda hər cür fədakarlıq edən, canlarından keçən qardaş bacılarımızı minnətdarlıq hörmətlə anırıq”.