“Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda elmi konfrans keçirilib

“Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda elmi konfrans keçirilib
  • Cəmiyyət

  • Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, Fəlsəfə və Sosiologiya İnstitutu, həmçinin Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda elmi konfrans keçirilib.

    Bu barədə Leqal.az-a AMEA-dan məlumat verilib.

    Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfrans iştirakçılarını salamlayaraq, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq Akademiya tərəfindən hazırlanan Tədbirlər planı haqqında məlumat verib.

    İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin nəsillərə nümunə olan mənalı ömür yolundan bəhs edərək, onun gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri olan azərbaycançılıq ideologiyasından danışıb. AMEA rəhbəri bildirib ki, azərbaycançılıq Azərbaycanda yaşayan azərbaycanlılar üçün deyil, eyni zamanda harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərini ifadə edən bir ideologiyadır.

    Sonra Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, müasir müstəqil Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, alimlərə verdiyi dəyərdən danışıb.

    Konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru professor İlham Məmmədzadə “Heydər Əliyevin siyasi irsi və vətənpərvərlik” mövzusunda məruzə ilə çıxış edib.

    Professor bildirib ki, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideya halına gəlməsi, Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətidir.

    Tədbirdə “Heydər Əliyev siyasi məktəbinin liderlik dərsləri və azərbaycançılıq”, “Heydər Əliyevin azərbaycançılıq ideologiyasında milli təhsilin prioritetləri”, “Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi və milli-mənəvi dəyərlər”, “Azərbaycançılıq məfkurəsinin tarixi-siyasi əsasları və onun milli ideologiyaya çevrilməsi”, “Heydər Əliyevin siyasi irsi bölgədə və dünyada yeni çağırışlar”, “Heydər Əliyev və milli dövlətçilik ideyası: milli dövlətçiliyin ictimai-siyasi, hüquqi və etnik prinsipləri”, “Heydər Əliyev və azərbaycançılıq ideologiyasının təməl prinsipləri”, “Heydər Əliyevin siyasi irsi Azərbaycan Milli Elmlər Akademiyasına bəxş edilmiş böyük töhfədir” adlı məruzələr dinlənilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər