6-7 mart tarixlərində Ağdaş və Gəncədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyəti, Ağdaş rayon İcra Hakimiyyəti, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Gəncə şəhəri Böyük Bağmanlar məhəllə “Həzrət Zeynəb” məscidi və Ağdaş rayonu Qülbəndə kənd “Cümə” məscidi dini icmalarının birgə təşkilatçılığı ilə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin xanım üzvləri üçün bayram tədbirləri keçirilib.
Hər iki tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, yerli icra hakimiyyətlərinin nümayəndələri, həmçinin DQİDK-nın Ağdaş və Gəncə bölgələri üzrə şöbələrinin rəhbərliyi və əməkdaşları, təşkilatçı dini icmaların sədrləri və eyni zamanda şəhid ailələrinin xanım üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hər iki tədbirdə çıxış edən natiqlər şəhid ailələrinin qadın üzvlərini 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, Azərbaycan qadınının milli və mənəvi dəyərlərin əsas təminatçısı kimi çıxış etdiyini, soykökünə bağlı vətənpərvər insanların yetişməsində əvəzsiz rolunun olduğunu diqqətə çatdıraraq dövlətin hər zaman onların yanında olduğunu ifadə ediblər. Daha sonra tədbirlər bədii hissə ilə davam edib.
Sonda şəhidlərin əziz xatirəsi yad edilib və onların ruhuna dualar oxunub.