Azərbaycanda dağlıq ərazilərə qar yağacaq

Azərbaycanda dağlıq ərazilərə qar yağacaq
  • Cəmiyyət

  • Azərbaycanda martın 5-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər