Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq
  • Cəmiyyət

  • Martın 4-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə çiskin, günün birinci yarısında duman olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, havanın temperaturu gecə 4-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər