Azərbaycanda 107 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb

Azərbaycanda 107 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 107 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4-ü vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 825 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 944 nəfər müalicə olunaraq sağalıb, 9 997 nəfər vəfat edib, aktiv xəstə sayı 586 nəfərdir.

    Ölkədə son sutka ərzində 2 253, hazırkı dövrədək isə 7 410 224 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər