Müharibə dövründə xalqın birliyi və gücü

Müharibə dövründə xalqın birliyi və gücü
  • Cəmiyyət

  • Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi.Təsadüfi deyildi ki,İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular.Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər,hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər.Ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq millibirlik nümayiş etdirdilər.Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün arzu və istəklərdən öndə dayanır.Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya,sözün həqiqi mənasında,birlik və həmrəyliyini,vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir.
                   
    Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi xoş xəbər gəldi. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi.10 noyabr 2020-ci ildə Azərbaycan tarixinin şanlı səhifəsinə Qələbə günü kimi qızıl hərflərlə yazıldı. Məhz bu gün Azərbaycanın Rəşadətli Ordusunun düşmənin sözdə “yenilməz ordusu”üzərində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan məğlub olduğunu etiraf etməyə məcbur edildi.
                 
    Azərbaycan Ordusu düşmənə öz gücünü göstərdi, dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Ordumuz tərəfindən sentyabırın 27-dən bəri başlayan əks-hücum əməliyyatları zamanı dünya hərb tarixində görünməmiş hərbi əməliyyatlar aparıldı.Hələ müharibənin gedişi dövründə bu əməliyyatlar dünyanın mühüm hərbi akademiyalarında təhlil olunmağa, öyrənilməyə başladı. Azərbaycan xalqının mədəniyyət beşiyi, milli qürur mənbəyi olan Şuşa şəhəri uğrunda döyüşlər xüsusilə diqqətəlayiq oldu.
               
    44-günlük savaş Azərbaycan xalqı ilə iqtidar birliyinin nümayişinə çevrildi. Bu günlər Azərbaycan xalqının öz Prezidentini, liderini nə qədər çox sevdiyini,onun ətrafında sıx birləşdiyinin parlaq nümayişinə çevrildi. Öz rəhbərinə böyük inam bəsləyən Azərbaycan xalqının gücü Prezident, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruqla Ermənistan rəhbərliyinin və ordusunun başına elə bir zərbə endirdi ki, onlar bir daha özlərinə gələ bilmədilər. Ermənistan ordusunda fərarilik,özbaşınalıq başladı.Səfərbərlikdə yayınma döyüşdən imtina etmə, halları gücləndi. Nəticədə,qısa müddət ərzində ordumuz tərəfindən 300-ə yaxın şəhər,qəsəbə və kəndlər işğaldan azad edildi.
               Ali Baş Komandan Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirdi. Təxminən bir il bundan əvvəl Prezdentimiz tərəfindən deyilən “Qarabağ Azərbaycandır və nida işarəsi”sözləri reallığa çevrildi.Bütün bunlara görə Azərbaycan xalqı öz Prezidenti ilə fəxr edir.Şəhidlərimizə Allahdan rəhmət diləyir,qazilərimizə isə şəfa diləyirik.

             


    Teymur Paşayev,  
    Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı

          
                        

    PAYLAŞ:

    Oxşar xəbərlər