10 dekabr Zəfər paradı, siyasi həmrəyliyin təzahürü

10 dekabr Zəfər paradı, siyasi həmrəyliyin təzahürü
  • Cəmiyyət

  • 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Azərbaycanın tarixi torpaqları olan Zəngəzur, Göyçə, İrəvan mahallarında bir nəfər də olsa Azərbaycan türkü qalmadı,onlar dədə-baba torpaqlarından qovuldu,əmlakları talan edildi, yüzlərlə günahsız insan isə erməni vəhşiliyinin qurbanı oldu. Daha sonra Qarabağ ətrafında olan 7 rayonun işğalı ilə 1 milyondan çox soydaşımız öz vətənində qaçqına, didərginə çevrildi. Dünya isə bu ədalətsizliyə susurdu. Lakin unudurdular ki, türkün səbrinin də həddi var.   

    ...Və nəhayət o gün yetişdi. 27 sentyabr 2020-ci ilin o günü Azərbaycan xalqı təkcə silahla yox, düşmənə qarşı nifrətlə silahlanmışdı. O gündən başlayan Vətən müharibəsi 44 gün ərzində xalqımızın, ordumuzun,  bizi qələbəyə səsləyən və aparan Liderimizin nəyə qadir olduğunu dünyaya sübut elədi. 44 günlük müharibənin hər günü şanlı tarix oldu. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. 44 günlük amansız müharibədə dünyanı mat qoyan nüanslardan biri də o oldu ki, Azərbaycan Ordusunda bir nəfər belə fərari olmadı. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bir sözlə bu müharibə həm də vətənpərvərliyin və əsgər andına sadiqliyin təcəssümü kimi dünya hərb tarixinə yazılmış oldu
           
    Qələbə Zəfəri ilə keçirilən Qələbə Paradının həsrətini düz 30 il gözlədik. Sentyabrın 27-dən başlanan ikinci Qarabağ müharibəsində 5 şəhərimizi Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad etdik, Azərbaycanın müzəffər ordusu 5 min kvadrat kilometr ərazisini isə döyüş meydanında heç bir güllə atmadan, şəhid vermədən siyasi meydandakı qələbəsilə qaytardı. Bu böyük qələbəmizdir. Bu qələbə münasibəti ilə keçirilən parad həm də o topaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı oldu.

    Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin paradda söylədiyi “Azadlıq meydanında paradlar çox keçirilib,ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.” fikri qəlbimizi riqqətə gətirdi. Onunla birlikdə tribunada olan, fəxri qonaq, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın paraddakı nitqində “Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür” cümlələri qələbəmizin möhtəşəmliyini bir daha göstərmiş oldu.

    Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etdi. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Və sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Siyasət meydanında işğalçı düşmənə layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz.

    10 dekabr zəfər paradı,siyasi həmrəyliyin təzahürü idi.Paradda bir millət, iki dövlət olaraq Türkiyə-Azərbaycan birliyi də nümayiş olundu. O gün, sözün əsl mənasında, tarixi bir gün olaraq Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günü kimi tarixləşdi. Paradda vətən mübarizəmizdə şəhid olan azərbaycanlıların sayı qədər - 2783 türk əsgəri iştirak etdi. Bu da Türkiyə və Azərbaycanın birliyi, qardaşlığın ən gözəl nümunəsi oldu.




    Ülfət Məmmədov,
    YAP-nin Masallı rayon Statistika idarəsinin
    ərazi partiya təşkilatının sədri
    PAYLAŞ:

    Oxşar xəbərlər