Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bu gün LEQAL.AZ-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 9°-dək isti, Bakıda gecə 6-8° isti, gündüz 9°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.