Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar keçirilən tədbirdə İlham Əliyev de çıxış edib.
İlham Əliyev ilk öncə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini partiyanın yaranmasının 30 illiyi münasibətilə təbrik edib.Daha sonra YAP-ın yaranmasının Azərbaycan tarixinin dönüş nöqətlərindən biri kimi qiymətləndirib.Çünki,1992-ci ildə bir ildir ki, müstəqillik qazanan Azerbaycan çox ağır günlərdən keciridi.Ölkənin görkəmli numayəndələri çıxış yolunu yalnız Heydər Əliyev də görürdü.Buna görə də onlar Heydər Əliyevə müraciət etdilər və nəticədə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının təsis konfransı keçirildi.Həmin dövrdə ölkə çox idarəolunmaz vəziyyətdə idi,əhali bəzən faciələrlə üzləşirdi. Belə bir şəraitdə YAP bütün bu məsuliyyətləri öz ürəinə götürərək xalqımızı bu ağır günlərdən qurtarmaq istəyirdi. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
1991-ci ildən başlanan Birinci Qarabağ müharibəsi vəziyyəti daha da pisləşdirmişdi. Mayda Şuşa və Laçının işğal olunması xalqımıza mənəvi cəhətdən də böyük zərbə vurdu. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi. Hər kəs yaxşı görürdü ki, əgər işlər belə davam etsə, Kəlbəcərin də işğalı qaçılmaz olacaqdır. Yəni, 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük hissəsi nəzarətimizdən çıxmışdı.
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə,yəni, Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir. 1969-1982-ci illərdə Azərbaycanda birinci şəxs kimi çalışdığı dövrdə, nə 1982-1987-ci illərdə Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər.
1993-2003 illər isə Azərbaycanda inkişaf dövrü kimi xarakterizə olunur.Bunun da səbəbi Umumilli lider idi.Daha sonra İlham Əoiyev bildirdi kiz son 19 ilde o da öz siyasətində daim Ulu Öndərin siyasi tövsiyyələrini və tapşırıqlarını yerinə uetirməyə çalışıb.2002-cü ildən bu dövrə qədər iqtisadiyyatımız 3 dəfə artmış,hətta bu rekord həddə-130 mlrd dollara çatacaği gözlənilir.
Daha sonra ordu quruculuğundan bəhs edən İlham Əoiyev bildirdi kiz Heydər Əliyevin vəsiyyəti ilə elə bir güclü ordu quruldu ki, bu ordu 44 gün ərzində torpaqları azad etdi,”məğlubedilməz Ermənistan miflərini darmadağın etdi.
Sonda İlham Əliyev bildirdi ki, artıq xalqımız həyatında yeni bir dönəm başlayır. Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Bütün azərbaycanlılar başını dik tutub,çunki, biz müzəffər xalq,qalib dövlətik!
Elanora Babayeva,
Masallı rayon N.Nərimanov adında şəhər 2 saylı məktəbin tarix müəllimi