Bakıda saxta hərbçi saxlanılıb, üzərindəki orden-medallar götürülüb

Bakıda saxta hərbçi saxlanılıb, üzərindəki orden-medallar götürülüb
  • Cəmiyyət

  • Paytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə LEQAL.AZ-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər