Tarix: İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. İranla Rusiya arasında bağlanan 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra Azərbaycan ikiyə bölünüb və böyük bir hissəsi İranın tərkibinə qatılıb. Hazırda İran İslam Respublikasında 35 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının 765 km. uzunluğunda sərhədi var. Bunları nəzərə alaraq Azərbaycan İran İslam Respublikası ilə dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir.
1992-ci ildə Azərbaycanda Xalq Cəbhəsi hərəkatının hakimiyyətə gəlməsindən sonra Azərbaycan - İran münasibətlərində fərqli mərhələ başlayıb. Bu dövr (1992-1993) tərəflər arasında gərginlik mərhələsi hesab olunur.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib və kifayət qədər gərgin münasibətlər normallaşmağa və inkişaf etməyə başlayıb...
Azərbaycan 44 günlük Vətən Müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdikdən sonra, bu Zəfərimiz dostları sevindirməklə bərabər, çox böyük təəssüflər olsun ki, ölkəmizə qarşı düşmən mövqe tutanları ciddi qayğılandırıb. Biz regionda yalnız işğalçı Ermənistanı düşmən obrazında görsək də, təəssüf ki, əsrlər boyu dərin əlaqələrimiz olan qonşu İran da onun yanında yer alıb. Ordumuzun erməni işğalçılarını ərazilərimizdən təmizləmə savaşının gedişində öz hava dəhlizini erməni silah qaçaqmalçılarına açıq elan edən, ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına şərait yaradan İran müharibədən sonra da qərəzli davranışları davam etdirməkdədir.
Onu da qeyd etmək yerinə düşür ki, İran hakimiyyəti Azərbaycanda müxtəlif insanları məxfi əməkdaşlığa (cəsusluğa) cəlb etməklə təxribat-pozuculuq fəaliyyəti həyata keçirmək istəyirlər. Buna misal olaraq kəşfiyyat orqanlarımız tərəfində belə bir qrupun ifşa edilməsi və qrup üzvlərinin məsuliyyətə cəlb edilməsidir. Ən ma-raqlısı da odur ki, cəsusluğa cəlb olunanlar içərisində, vaxtilə İran İslam Respub-likasında dini təhsil aldıqları dövrlərdə İranın xüsusi xidmət orqanlarının əməkdaş-ları tərəfindən cəlb olunanlar da vardır. Əqidəsini Vətənə xəyanət etməklə vara-dövlətə satan belə satqınlarımızın əlləri şəhidlərimizin qanına batmışdır.
Tarixən bir dinimiz var, adət-ənənələrimizin çoxu eynidir, iqtisadi-siyasi-mə-nəvi əlaqələrimiz nümuəvi olub. Əlbəttə, İranın bizə qarşı son münasibətlərini anlamaq çox çətindir. Zənnimcə, tarixi qonşuluq münasibətlərində həm ermənini, həm də bizi yaxşı tanıyan İran, yaxşı bilməlidir ki, dinimizə mənfi münasibət bəs-ləyən, hətta islam ocaqlarında (məscidlərimizə), İslamda murdar yaratıq kimi tanıdılan donuzları saxlayan ermənilər, hər an onlara arxa çevirə bilərlər və bu belə də olacaqdır. Odur ki, İran üçün “düşünməyə” mövzu çoxdur. Çox yaxşı olardı ki, zərərin yarısından qayıtsınlar, yəni eyni dinə mənsub olan insanlar arasında düş-mənçilik toxumları səpməsinlər, milli düşmənçilik kimi anti insanı meyllərdən uzaq dursunlar.
Sapı özümüzdən olan “baltalar” da papaqlarını qabaqlarına qoyub fikirləşsələr yaxşı olardı. Ulu öndərimiz Heydər Əliyev öyrətdiyi kimi, hər şeyə qarşı müxali-fətdə olmaq olar. Fəqət Vətənə müxalif olmaq olmaz. Bu insanlarımız dərindən düşünməli və doğru yolu seçməlidirlər. Bütövlükdə, hər birimiz, Ulu öndərin söy-lədiyi “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”, kəlama sa-diq olmalıyıq. Təxribatlara uymamalı, düşmən dəyirmanına “su tökməməliyik.”
Məmmədağa Şiriyev
YAP Masallı rayon təşkilatının fəalı