Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib.Tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev iştirak etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev Zirvə Görüşündə çıxış etdi.O,çıxışında son 7 ayda 3-cü dəfə qardaş Özbəkistana səfər etdiyini bildirib. Aprel ayında Özbəkistanda dövlət səfərində olduğunu, sentyabrda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin zirvə görüşündə iştirak etdiyini, yenidən Səmərqənddə olmağından çox məmnun qaldığını demişdir.O, eyni zamanda bu səfərlər zamanı Özbəkistanda gedən genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanının olmasından söhbət etmişdir.
Prezident İlham Əliyev çıxışında səfərlər zamanı prezident Şavkat Mirziyoyev ilə apardığı müzakirələrdən danışaraq, Azərbaycan-Özbəkistan əlaqələrinin daha da yüksək səviyyəyə qalxdığını bildirib.O, nitqində həmçinin Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyi nə görə Özbəkistan prezidenti Ş.Mirziyoyevə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti çıxışında Türk dünyasında 200 milyondan çox insanın yaşadığını, Türk dünyasının böyük iqtisadi potensiala , enerji resurslarına , nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olduğu söyləmişdir.
Prezident çıxışında Türk dünyasının böyük bir ailə olduğunu bildirib.Eyni zamanda siyasi, iqtisadi, ticari, mədəni, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kökü sahələrdə də əməkdaşlığımızı daha da gücləndirilməsini türk dövlət başçılarının nəzərinə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında demişdir: " Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi, qoruyub saxlamaları , azərbaycançılıq ideyalarına sadiq olmaları ,öz tarixi vıtənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik"
Azərbaycan Prezidenti çıxışında Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olmasının 2-ci ildönümünün böyük qürur hissi ilə qeyd etdiyini, ermənilərin 30 illik işğalına son qoyduğunu , tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdiklərini, bununla da Azərbaycanın həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdiyini bildirib.
Prezident İlham Əliyev erməni işğalı zamanı ərazilərimizdə 1 milyondan çox mina basdırdığını ,vətən müharibəsindən ötən 2 il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşının mina partaşlayışları zamanı həlak olması və ya ağır yaralanmasından çıxış edib.
Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparıldığını "Böyük Qayıdış" proqramının icrasına başladığını bildirib.O, həmçinin toplantı iştirakçılarına Türkiyə Prezidenti R.T.Ərdoğanın azad edilmiş torpaqlara 3 dəfə səfər etdiyini,Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olduğunu deyib.O,zirvə görüşündə iştirak edən digər türk dövlət başçılarını da Qarabağ və Şərqi Zəngəzura dəvət edib.
Prezident İlham Əliyev çıxışında oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdığını və Qarabağ münaqişəsinin tarixdə qaldığını bildirib.
Cənab İlham Əliyev II Qarabağ müharibəsinin nəticələrinin bölgə üçün yeni imkanlar açdığını , Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələrinin faydalanacağını deyib.
Azərbaycan Prezidenti çıxışının sonunda Özbəkistanın bu Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə təbrik etdiyini ,türk dünyası xalqlarına sülh,rifah, xoşbəxtlik arzuladığını bildirib.
Ziyafəddin Cavadov,
S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi