Cənab Prezident İlham Əliyev xarici siyasət kursunu uğurla davam etdirir

Cənab Prezident İlham Əliyev xarici siyasət kursunu uğurla davam etdirir
  • Cəmiyyət

  • Azərbaycan- Özbəkistan əlaqələrinin qurulması, iki qüdrətli türk dövlətinin bir-birinə daha da yaxınlaşması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyevin ölkəyə həm birinci,həm də ikinci rəhbərliyi dövründə Özbəkistana etdiyi tarixi səfərlər iki qardaş dövləti bir-birinə daha da yaxınlaşdırmışdır.
               
    Cənab Prezident İlham Əliyev hakimiyyətə gəldiyi dövrdən başlayaraq Azərbaycan-Özbəkistan əlaqələri daha da möhkəmləşdirilmişdir. Elə bu uğurlu siyasətin nəticəsidir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə cənab prezidentimizin Özbəkistana rəsmi və işgüzar səfəridir.
                 
    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin cənab Prezident İlham Əliyevi 2001- ci ildə Qazaxıstan, Çin,Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən təsis olunmuş, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan Şanxay Əməkdaşlıq Təşkilatına fəxri qonaq qismində dəvət etdiyinə görə öz təşəkkürümüzü bildiririk.
                 
    Təbii ki, cənab prezidentimizin Şanxay əməkdaşlıq təşkilatında iştirak etməsi hər şeydən əvvəl ölkə başçımızın uğurlu xarici siyasətinin nəticəsidir. Şanxay Əməkdaşlıq təşkilatı bir daha göstərdi ki, Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi vəziyyətdə müstəqil xarici siyasət həyata keçirir. Bu təşkilat göstərdi ki, dövlətimiz regionun  yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətinə ardıcıl və sistemli addımlar atır. Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr onu da bilir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formaları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.
                   
    Bildiyimiz kimi Şanxay Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət, iqtisadiyyat, elm və texnologiya, mədəniyyət və, o cümlədən təhsil, enerji, nəqliyyat, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın  inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizliyin və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq birliyin yaradılması üçün addımların atılmasından ibarətdir.
               
    Bildiyimiz kimi, Azərbaycan Əməkdaşlıq Təşkilatının üzvü deyil, Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoq tərəfdaşı statusuna sahibdir. Bütün bunlarla yanaşı ölkəmizin ilk dəfə olaraq türk qardaş dövlət olan Özbəkistanın sədirliyi dövründə fəxri qonaq qismində  Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin  Samitinə dəvət olunması dövlətimizin, xüsusilə cənab Prezident İlham Əliyevin şəxsi nüfuzunun gösdəricisidir.
                 
    Əminliklə deyə bilirəm ki, cənab Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatında uğurlu çıxışı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq.



    Rafis Babayev,
    Hüseynhacılı kənd tam orta məktəbin Tarix müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər