Prezident İlham Əliyev  Səmərqənddə Türk dövlərtləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmişdir

Prezident İlham Əliyev  Səmərqənddə Türk dövlərtləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmişdir
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə olmuşdur.

    Noyabrın 11-i bütün türk dünyasının birliyinin və qardaşlığının növbəti dəfə hər kəsə nümayiş etdirildiyi gündür. Bu dəfə Özbəkistan dostluğumuzun, müttəfiqliyimizin gücləndirilməsi istiqamətində atılacaq yeni addımlara, imzalanacaq yeni sənədlərə ev sahibliyi edir. Qeyd edək ki, noyabrın 10-da Özbəkistanın Səmərqənd şəhərində bugünkü Zirvə görüşünə hazırlıqla bağlı TDT Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası keçirilib və Azərbaycanı toplantıda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib. İclasa TDT-də müşahidəçi statusu ilə təmsil olunan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da qatılıb. Toplantıda TDT-yə üzv ölkələrin liderlərinin Zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunub.

     Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin bu gün Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə görüşü milli mənsubiyyətcə eyni kökə, ənənəvi münasibətlərə, oxşar mədəni dəyərlərə malik türk xalqlarının və dövlətlərinin daha da yaxınlaşması, təşkilatlanması və birliyinin möhkəmlənməsi baxımından çox böyük tarixi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, TDT-nin 12 noyabr 2021-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən VIII Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşkilatın təməlində təbii müttəfiqlərin yerləşdiyini bildirmişdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirildiyi həmin görüşün çox böyük tarixi əhəmiyyəti olduğunu qeyd edən dövlətimizin başçısı Şuranın təşkilata çevrilməsinin gözəl gələcəyi olduğunu demişdi: “Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq.”

    Bu gün Səmərqənd Zirvə görüşü qloballaşan dünyada get-gedə daha güclü platformaya, daha böyük söz sahibinə çevrilən TDT-nin gələcək fəaliyyətinin “yol xəritəsi”nin çəkilməsi, birlikdə reallaşdırılması zəruri olan qlobal layihələrin razılaşdırılması və onların həyata keçirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm imkan yaradacaq.

     Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Türk Dünyasının Ali Ordeni” və Özbəkistanın Milli medalı təqdim olundu. Məlum olduğu kimi, ötən sammitdə dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsində əldə edilmiş tarixi qələbəyə görə Dövlət Başçıları Şurası tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilmişdi.

     

    Ceyhun Hüseynov,
    Masallı şəhəri

     


    PAYLAŞ:

    Oxşar xəbərlər