Cənab Prezident İlham Əliyev hərb tariximizin ən uğurlu sərkərdəsidir

Cənab Prezident İlham Əliyev hərb tariximizin ən uğurlu sərkərdəsidir
  • Cəmiyyət

  • Tarixin hər üzünü görmüş,dəfələrlə zamanın sərt sınaqlarından üzüağ çıxmış xalqımız yanılmırdı.O yaxşı bilirdi ki, siyasətlə məşğul olmaq, doğma xalqın, Ata yurdumuzun mənafeyini qorumaq hər kəsin hünəri deyil. Dünya sürətlə dəyişir. Ölkələr, xalqlar arasında yeni münasibətlər əlaqələr yaranır.Dünyada çox mürəkkəb dəyişikliklər baş verir. Torpaqlarımıza, doğma yurdumuzun zəngin sərvətlərinə xüsusən də neftimizə nə qədər göz dikənlər var.Yeni rəhbər bütün bunlardan baş çıxarmalı, ümummilli lider Heydər Əliyevin tutduğu yoldan dönməməlidir. O,işğalçı erməniləri doğma Qarabağımızdan,işğal olunmuş bütün Vətən torpaqlarından qovub çıxarmaq üçün Ulu öndər kimi mübarizə aparmağı bacarmalıdır.Bu çətin vəzifənin öhtəsindən ancaq Cənab Prezidentimiz İlham Əliyev gələ bilərdi.Hər birimiz yaxşı bilirdik ki,Ali Baş Komandamız ulu rəhbərimiz Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.O,müstəqilliyimizin qorunub saxlanılmasında və yeni Azərbaycanın qurulmasında fəal iştirak etmişdir.
                 
    Cənab Prezidentimiz İlham Əliyev atdığı hər bir addımda sözünə sadiq olduğunu sübut edir.Azərbaycanın hər bir bölgəsini,şəhərini,qəsəbəsini,kəndini,xalqının hər bir övladını,ölkənin bütün vətəndaşlarını eyni məhəbbətlə sevir.Prezident İlham Əliyev xalqımızın dahi oğlu Heydər Əliyevin Azərbaycan xalqının milli – mənəvi dəyərlələrinin qorunub saxlanılması və daha da inkişaf etdirməsi kursunu uğurla həyata keçirir.
                 
    Hər bir ölkənin inkişafı onun təhsili ilə bağlıdır.Gələcək uğurların təməli təhsil siyasətindən aslıdır. Ona görə də Cənab Prezident İlham Əliyev təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərir.Təhsil sahəsində islahatlar keçirir.Bu istiqamətdə müxtəlif proqram və sənədlər qəbul edir. Ölkəmizin müstəqilliyinin qorunması və torpaqlarımızın azad edilməsi ölkə Prezidentinin fəaliyyətinin əsas istqamətini təşkil edir.
                 
    Azərbaycan bugünkü inkişafı ilə siyasi,iqtisadi,hərbi, mədəni və.s, istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan ölkəyə çevrilir. Bu uğurların əldə olunmasınada ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Cənab Prezident İlham Əliyevin gərgin əməyi,yorulmadan çalışması,uzaqgörən xarici və daxili siyasəti dayanır.
               
    Ulu öndər Heydər Əliyev məktəbinin,layiqli məzunu və davamçısı olan Cənab Prezident İlham Əliyev bütün təzyiqlərə, çətinliklərə sinə gərərək ölkəmizi Cənubi Qafqazın lider dövlətinə çevirə bilib.
             
    Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti nəticəsində son 15 il ərzində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib.Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib.Elə bunun nəticəsi olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoyuldu.Düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində məhv edildi. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı.
               
    Dərin və hər tərəfli biliyə,yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş ermənipərəst jurnalistlərin təxribat dolu suallarına tarixi suallar və dəlillərlə cavablandırmışdır. Biz də Cənab Prezidentimiz İlham Əliyevin müdrik daxili və uzaqgörən,məqsədyönlü xarici siyasətini dəstəkləyir,bir xalq,bir millət olaraq Cənab Prezidentimizin yanındayıq və onun siyasətini dəstəkləyəcəyik.



    Rafis  Babayev,     
    Hüseynhacılı kənd tam orta məktəbinin Tarix müəllimi  Yusif oğlu            

    PAYLAŞ:

    Oxşar xəbərlər