Prezident İlham Əliyevin 31 oktyabr tarixli Soçidə səfərdə olmuşdur

Prezident İlham Əliyevin 31 oktyabr tarixli Soçidə səfərdə olmuşdur
  • Cəmiyyət

  • İstənilən sahədə qələbə hissi gözəl hissdir. Fərq etməz idman yarışları, söz qələbəsi yaxud da siyasi qələbə. Qarabağ deyəndə sadaladığımız qələbə hissini bütün sahələrdə hiss edirik. 
               
    Prezident İlham Əliyevin Soçi səfəri də yeni qələbə hissi yaşamağımıza səbəbdir, vəsilədir. Bu qələbə, səbrlə, təmkinlə yeri gələndə dəmir yumruğu göstərməklə əldə olunmuş, zərgər dəqiqliyi ilə hesablanmış siyasətin nəticəsidir. 
               
    Soçidə keçirilən üçtərəfli görüşün yekununa dair birgə Bəyanat qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistan Respublikası baş nazirinin 31 oktyabr 2022-ci il tarixli bəyanatı Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu.
                 
    Vətən müharibəsindən sonra, daha dəqiq desək 2021-ci ildən başlayaraq həm Rusiya Prezidentinin vasitəçiliyi, həm də Brüssel formatında bir neçə dəfə üçtərəfli görüş keçirilib. Bu görüşlərin əksəriyyətində əldə olunan razılaşmaların hər biri regionda yaranmış reallıqların məzmununa uyğun olub. Yəni Azərbaycan istər sərhədlərin delimitasiyası, istərsə də münasibətlərin normallaşdırılması ilə bağlı hər bir görüşdə öz maraqlarını təmin edib. Düzdür, görüşdə əldə olunan razılaşmaların realizə olunması ilə bağlı Ermənistanın ənənəvi qeyri-konstruktivliyi səbəbindən irəliləyiş olmasa da, Azərbaycan öz qətiyyəti ilə İrəvanı öhdəliklərini yerinə yetirməyə məcbur edir.
             
    Dövlətimiz tərəfindən münasibətlərin normallaşması üçün 5 əsas prinsip irəli sürülüb, bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.
               
    Görüş zamanı II Qarabağ müharibəsindən də danışılıb. Qeyd olunub ki, münaqişə  iki il bundan əvvəl həll edilib. Buna görə də burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır. Bu münasibətlərinin kompleks şəkildə normallaşdırılmasına , sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsinə hər tərəfli şərait yaradılır. 
               
    Bu faktın özü isə Qarabağ və orada yaşayan ermənilərlə bağlı məsələnin Azərbaycanın daxili işi olduğunu bir daha təsdiq etdi. Ən vacibi isə Üçtərəfli Bəyanatı imzalayan Paşinyan Azəbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlıq prinsipini bir daha qəbul etməyə məcbur edildi. Bütövlükdə, bütün gərginliyə baxmayaraq Azərbaycan öz maraqlarını tam qoruya və real təzyiqləri dəf edə bildi. Bununla da, "Brüssel Danışıqlar Formatı" çərçivəsində ölkəmizin müəyyən etdiyi 5 təməl prinsip əsasında sülh müqaviləsinin ilin sonuna kimi imzalanması üçün yeni imkanlar yarandı.



    Ceyhun Hüseynov,    
    Masallı şəhəri

    PAYLAŞ:

    Oxşar xəbərlər