Sabah yağış yağacaq - PROQNOZ

Sabah yağış yağacaq - PROQNOZ
  • Cəmiyyət

  • Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən şənbə günü LEQAL.AZ-a verilən məlumata görə, yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

    Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər