8 noyabr – Zəfər Günü münasibətilə “Zəfər salnaməsi” adlı tədbir keçirilib

8 noyabr – Zəfər Günü münasibətilə “Zəfər salnaməsi” adlı tədbir keçirilib
  • Cəmiyyət

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 noyabr – Zəfər Günü münasibətilə şəhidlərin ailə üzvləri və qazilərin iştirakı ilə “Zəfər salnaməsi” adlı tədbir keçirilib.

    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycan xalqının Vətən torpağının bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi hər zaman yüksək ehtiramla xatırlayacağını bildirib. Qeyd edib ki, 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizin sülh yolu ilə qaytarılması üçün uzun illər danışıqlar aparıldı. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev böyük səbr və təmkinlə diplomatik siyasət yürüdərək dinc yolla problemin həllinə çalışdı.

    Lakin düşmənin ardıcıl təxribatları aparılan sülh danışıqlarına ciddi zərbə vurdu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu torpaqlarımızın işğaldan azad olunması üçün başladığı Vətən müharibəsini 44 gün sonra Zəfərlə başa vurdu. Bu gün bütün dünya azərbaycanlıları bu Qələbəni böyük coşğu ilə qeyd edir. Bu Zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu şaddır. Qalib Azərbaycanın ordusu gündən-günə daha da qüdrətlənir, dövlətimiz daha da güclənir. Buna görə də biz müqəddəs amal uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə hər zaman borcluyuq. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə qeyd edib ki, Vətən müharibəsindəki zəfərimiz xalqımızın şanlı tarixidir. Qəhrəman oğullarımızın döyüş meydanında göstərdiyi şücaət və ard-arda əldə edilən qələbələr xalqımızı öz Müzəffər Ali Baş Komandanına, onun yenilməz ordusunun qələbə qazanacağına inandırdı və biz zəfər çaldıq.Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Azərbaycan xalqı düşmən üzərində tarixi qələbəsi ilə əsrin ilk şanlı tarixini yazdı.

    Müharibə dövründə xalqımız Prezident İlham Əliyevin apardığı siyasətlə bağlı həmrəylik nümayiş etdirdi. Bir daha aydın oldu ki, Azərbaycan dövlətinin bütün sahələrində uğurların əldə edilməsində vətəndaş həmrəyliyi və milli birlik özünəməxsus yer tutur.Millət vəkili Ceyhun Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 
    ordumuzun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazandığını, 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımızın azadlığa qovuşduğunu vurğulayıb, qəhrəman Azərbaycan övladlarının göstərdikləri şücaətlərdən bəhs edib.

    Xalqımızın tarixi zəfərin ildönümünü böyük qürurla, təntənə ilə qeyd etdiyini bildirən millət vəkili qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sürətli quruculuq və bərpa işlərindən, həmçinin gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb.Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, baş gizir şəhid Camal İsmayılovun anası Filara İsmayılova, şəhid general Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, şəhid Elnur Allahverdizadənin atası Əli Allahverdiyev dövlətin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan danışıb, həmçinin bugünkü tədbirin keçirilməsinə görə təşkilatçılara öz təşəkkürünü bldiriblər.

    Tədbirdə həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış filmlər nümayiş etdirilib, tanınmış sənətçilərin ifasında vətənpərvərlik musiqiləri səsləndirilib.



    PAYLAŞ:

    Oxşar xəbərlər