Keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib

Keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib
  • Cəmiyyət

  • Sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri təsdiqlənib. 

    LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, onun yaxınları məlumat verib. 

    Bildirilib ki, F.Məmmədovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür. 

    İlkin məlumata görə, sabiq nazir ötən gecə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib.

    09:00

    Sabiq vergilər naziri Fazil Məmmədovun vəfat etdiyi iddia olunur.
     
    Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

    Mərhumun nəşi bu gün Bakıya gətiriləcək.

    Qeyd edək ki, F.Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər