20 oktyabr 2022-ci ildə cənab İlham Əliyev Zəngilan,Cəbrayıl şəhərlərində səfərdə olmuşdur.Bu səfərdə qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdir.Oktyabr ayının 20-də cənab İlham Əliyev Zəngilan şəhərində tikilmiş Hava Limanının açılışını etmişdir.Bu açılışa yenə də xüsusi olaraq Türkiyə Prezidenti gəlmişdir.Cənab İlham Əliyev bəyanata qardaş Respublikanın Prezidenti Rəcəb Tayyib Ərdoğanı salamlamaq və “Xoş gəlmisiniz” sözləri ilə başlamışdır.O, mətbuata Zəngilan Hava Limanının açılışını qeyd etdiyini bəyan etmişdir. Qeyd etmişdir ki,bir il bundan əvvəl əziz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Fizuli Hava Limanını bir yerdə açmışlar.Bu da çox böyük əlamətdar bir tarixə təsadüf edir.Düz iki il bundan əvvəl Zəngilan işğaldan azad edilmişdir.Prezident qeyd etmişdir ki,məhz buna görə də Türkiyə Prezidentinin bu gün Azərbaycanda,Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır.
Sonra Prezident İkinci Qarabağ müharibəsində Zəngilanın ardından Qubadlı şəhərinin azad olunması və həmin ərəfələrdə alınmaz qala Şuşa istiqamətində,həm də Laçın istiqamətində ordumuzun əməliyyat apardığını qeyd etmişdir.Prezidentimiz xüsusi vurğuladı ki,bu əməliyyatlar zamanı ilk günlərdən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mənəvi dəstək,siyasi dəstək və bir sözlə həmişə Azərbaycanın yanında olacağını qeyd etdi.Bu siyasi və mənəvi dəstəyin savaşın son gününə qədər davam etdiyini əyani olaraq biz gördük. Bu,iki qardaş xalqın daim bir yerdə olmuş,olur və olacağından xəbər verir. Türkiyənin savaş zamanı Azərbaycanı dəstəkləməsi bəzi qüvvələrin buna müdaxilə etməsinin qarşısını almasını Prezident bir daha qeyd etdi.O bəyan etdi ki,bu savaşda Türkiyə-Azərbaycan birliyi zəfər çaldı. Bu zəfər bu gün də davam edir. İşğaldan azad olunmuş torpaqlarda qardaş Türkiyənin şirkətləri fəal iştirak edirlər.
Biz Qarabağı yenidən qururuq. Sonra Prezident öz bəyanatında Erməni vəhşiliklərini qabardan fikirlər söyləmişdir.O qeyd etmişdir ki,əslində bu gün Cəbrayıl şəhəri yoxdur. Yalnız burada bəzi binalar salamat qalmışdır. Amma işğala qədər burada həyat qaynayıb,i nsanlar yaşayıb. Məhz işğal dövründə Cəbrayıl şəhəri bucür vəhşiliklə dağıdılmış,yerlə yeksan edilmişdir.Şanlı ordumuz Azərbaycan xalqı döyüşə-döyüşə öz qanını tökərək,canını qurban verərək bu torpaqları düşməndən azad etmişdir və bu gün Azərbaycan xalqı öz vətəninə torpaqlarına qayıdır.Sonra Prezident qeyd etdi ki,keçən il Şuşada “Şuşa bəyannaməsi” Türkiyə və Azərabaycan ölkələri tərəfindən imzalanmışdır.Və bu bəyannamə rəsmi olaraq Türkiyə və Azərbaycanı müttəfiq etdi.Bu müttəfiqlik bütün sahələri əhatə etdi.Bölgəyə və dünyaya ciddi mesaj verdi.Bu Azərbaycan-Türkiyə birliyinin,qardaşlığının təntənəsidir.
İlham Əliyev qeyd etdi ki,həryerdə Azərbaycan və Türkiyə bayraqları biryerdə dalğalanır.Əlbətdə ki,bu ürəkdən gələn duyğulardır,əjdadlarımızdan qalan mirasdır.Bəyanatın sonunda İlham Əliyev birdaha Türkiyə xalqına təşəkkür etmiş.Ona görə ki,bugün bu Zəngilan Hava limanının açılışında və Cəbrayıl şəhərində Türkiyə dövlətinin böyük heyətli hökumət nümayəndələri təklif buyurmuşdur.Prezident Türkiyə xalqına xoşbəxtlik və firəvanlıq arzuladı.Və öz bəyanatını “Yaşasın Azərbaycan-Türkiyə birliyi,qardaşlığı!” şüarı ilə bitirdi.Bununla Prezident dünyaya daha bir mesaj verdi ki,Azərbaycan-Türkiyə birliyi sarsılmazdır.
Aidə Şıxəliyeva,
Masallı