Masallı Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin iclasında “Şuşanın 270 illiyi” münasibətilə rayonumuzda yaşıllaşdırma və ağacəkmə aksiyasının keçirilməsi ilə bağlı təşəbbüslə əlaqədar 40 nəfər ağsaqqal, ziyalı, təhsil, mədəniyyət işçisi şəhid valideyni Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, habelə Azərbaycan Ağsaqqallar şurasın , YAP Masallı rayon təşkilatına məktubla müraciət edilmişdir.
Ağsaqqallar şurası son illərdə atmosferin çirklənməsi, ekoloji tarazlığının qorunması, bəzi hallarda yaşıllıq və meşələrin qorunması, yanğınları nəzərə alaraq rayonun sakinlərini, idarə, müəssisə rəhbərlərini bu xeyirxah aksiyada iştirak etməyə çağırır. Ağsaqqallar şurası günan edir və inanır ki, qaldırılan bu xeyirxah təşəbbüs doğma rayona fayda gətirəcəkdir.
İbrahim Şükürov,
Masallı Rayon Ağsaqqallar Şurasının mətbuat katibi