Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
  • Cəmiyyət

  • Oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bazar günü LEQAL.AZ-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15° isti, gündüz 17-20° isti olacaq.

    Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0°-yə yaxın, gündüz 6-10° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər