Sabah hava yağışlı keçəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah hava yağışlı keçəcək, dağlıq ərazilərdə qar yağacaq
  • Cəmiyyət

  • Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var.

    Gün ərzində şimal-qərb küləyi arabir güclənəcək.

    Abşeron yarımadasında gecə 15-17° isti, gündüz 19°-dək isti, Bakıda gecə 15-17° isti, gündüz 19°-dək isti olacaq.

    Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

    Nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-5° isti, gündüz 6-10° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər