Şəhidlərin qanı yerdə qalmadı

Şəhidlərin qanı yerdə qalmadı
  • Cəmiyyət

  • 27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xalqımız 44 gün ərzində çox ağrılı günlər yaşadı. Lakin bu çətin günlərin ən sevindirici sonu da qələbə ilə nəticələnməsi oldu. Xalqımızın, əsgərlərimizin tək istəyi I Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımızın, əsgərlərimizin  qanının yerdə qalmaması idi.

    Müzəffər ordumuz igidlərimizin qisasını döyüş meydanında aldı. Mənfur düşmənin etdiyi tək sey isə müharibə dövründə gecə saatlarında, hər kəsin yatdığı zamanda bu sükutu raket səsləri ilə pozmaq oldu. Düşmən cəbhədə atəşkəsi pozmaqla yanaşı, raket hücumları ilə günahsız insanları evsiz-eşiksiz buraxdı. Bunun ən bariz sübutu Gəncə, Tərtər və Bərdə şəhərlərinin raket ilə vurulması oldu. Neçə ailə məhv oldu, analar-atalar övladsız, övladlar anasız-atasız qaldı. Şəhid ailələri bu gün övladlarının  məzar daşlarını qucaqlayarkən onların qanlarının yerdə qalmadığını fəxrlə söyləyirlər.Azərbaycan ordusunun Polad kimi neçə oğulları 30 illik həsrətin, vətəni uğurunda canından keçən oğulların qisasını 44 gündə aldı. Biz onları hörmət və ehtiram ilə yad edir, gələcək nəslə tanıtmaq üçün əlimizdən gələni edirik.

    Onlar ilə bütün Azərbaycanlılar  fəxr edir.  Qələbəni qanları, canları uğruna bizə bəxş edən cəsur şəhidlərimiz, bədənində Vətən izləri qalmış qazilərimiz, müharibə ərəfəsində mərdlik göstərən əsgərlərimiz, zabitlərimiz, ürəyi Azərbaycanla döyünən millətimiz və ən əsası 44 gün ərzində Azərbaycanı “Dəmir Yumruq” kimi ətrafına toplayan ali baş komandan İlham Əliyev bizim qürur mənbəyimizdir. Onlar öz qəhrəmanlıqları,şücaəti, fədakarlıqları ilə dastana çevirildilər.

    Biz artıq qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları yenidən dirçəldəcəyik. Ən əsası qələbəni bizə bəxş edənləri Qarabağın daimi sakinlərini hər zaman qəlbimizdə yaşadacağıq. 



    Çingiz Quliyev,
    Masallı sakini 
    PAYLAŞ:

    Oxşar xəbərlər