2003-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycanlıların ən unudulmaz günlərindən birinə çevrilmişdir.Həmin seçkilər 15 oktyabr 2003-cü ildə keçirilmişdir.
Demokratik qaydada keçirilən seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların böyük əksəriyyəti təqribən 80 % iştirak etmişdir. Seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi partiya Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev olmuşdur.
Ulu Öndər Heydər Əliyevin siyasi kurAzad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə İlham Əliyev ümumi seçicilərin səsini qazanaraq, 76.% faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident İlham Əliyev bundan öncə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir.
Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən cənab İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin, uzaqgörən xalqımızın Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərmişdir. Həmçinin 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına cənab İlham Əliyev şəxsən özü başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır. Bütün bu uğurlu fəaliyyətlər isə cənab İlham Əliyevin seçkilərdə qalib gəlməsini şərtləndirən ən əsas amillər olmuşdur.
Cənab İlham Əliyev 18 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirmişdir.Prezident olduğu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olmuş, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları böyüyərək beynəlxalq arenadakı mövqeləri möhkəmlənmişdir. İlham Əliyevin prezidentliyi dövründə reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır. Azəbycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə reallaşan 44 günlük zəfər yürüşü sayəsində 30 ildən bəri erməni işğalı altında olan dədə-baba torpaqlarımız – gözəl Qarabağımız azad olunub. Ölkəmizin ərazi bütövlüyü təmin edilib. Hazırda işğaldan qurtarmış ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Yaxın gələcəkdə məcburi köçkün soydaşlarımızın Qarabağa böyük qayıdışı başlanacaq.Bu hall çox qürur vericidir. Həyatımızın bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi bu illər ərzində xalqımız daim öz Prezidentinə güvənib, ona güclü dayaq olub.
Azərbaycan rəhbəri İlham Əliyev respublikamızın tərəqqisindən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, uğurların kökündə ölkədəki sağlam ictimai-siyasi mühit, xalq-iqtidar birliyi dayanır.
Məhz bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə firavan gələcəyə böyük qələbələrə doğru aparacaq.Biz öz prezidentimizə güvənirik O,həqiqətən də hər bir Azərbaycanlının Prezidenti olduğunu bir ziyalı kimi biz də hiss edirik .Ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı olan Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətini hər zaman dəstəkləyəcək, Qalib Ordunun, Qalib Xalqın Müzəffər Ali baş Komandanının ətrafında sıx və davamlı birləşmişik
Toğrul Məmmədli,
Ə.Məmmədov adına Öncəqala məktəbinin drektoru