Masallı rayonunun Xıl inzibati ərazisində yeni istifadəyə verilən agsaqqallar evinin açılışı olmuşdur.
Tədbirdə Masallı Rayon Agsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev çıxış edərək ildirmişdir ki, rayonun mərkəzində, Güllütəpə, Türkoba kəndləri və bir neçə başqa yaşayış məntəqələrində belə tikili agsaqqallar klublarının ağsaqqalların, təqaüdçülərin mədəni istirahəti, kütləvi tədbirlərin keçirilməsi üçün şərait yaradılmasıdır.
Natiq çıxışında yeniyetmə gənclər, əhali ilə görüşlərdə Azərbaycanımızın bütün sahələrində əldə etdiyi uğurların təbliğatında ağsaqqalların rolundan və qarşıda duran vəzifələrdən danışmışdır.
Axırda Masallı Rayon Agsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev yeni tikiti üçün təşəbbüs və əmək sərf etmiş ərazinin ağsaqqallarına minnətdarlığını bildirmiş və olarınarasıda xüsusilə fərqlənən şura üzvləri Əlövsət Sadıqova şuranın təşəkkürnaməsini, şair Tahir Heydərliyə (Hüseynov) isə Fəxri fərmanını təqdim etmişdir.
İbrahim Şükürov,
Masallı Rayon Ağsaqqallar Şurasının mətbuat katibi.