Vətən müharibəsi əlillərinə avtomobil verilib

Vətən müharibəsi əlillərinə avtomobil verilib
  • Cəmiyyət

  • Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 20 nəfər Vətən müharibəsi əlilinə minik avtomobilləri təqdim edilib.

    LEQAL.AZ-ın məlumatına görə, tədbirdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişi ilə Nazirlik tərəfindən şəhid ailələri və müharibə veteranları ilə bağlı geniş miqyaslı sosial dəstək paketi icra olunduğunu vurğulayıb.

    O qeyd edib ki, bu dəstək paketi üzrə artıq 119 min şəxsə 243 min xidmət göstərilib.

    "Dəstək tədbirlərinin bir istiqaməti kimi, postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 5 dəfə genişlənib. Həmin dövrdə onlara 3900 mənzil verilib.

    Ümumilikdə ötən dövrdə isə 12900-dən çox mənzil və fərdi bu kateqoriyalara aid vətəndaşlara təqdim olunub.

    Sosial dəstək tədbirlərinin bir istiqaməti də müharibə əlillərinin avtomobillə təminatıdır. Təqdim edilən 20 avtomobil də daxil olmaqla müharibə əlillərinə 2022-ci ildə 120, postmüharibə dövründə 284, ümumən ötən dövrdə 7500 avtomobil verilib", - nazir müavini deyib.

    PAYLAŞ:

    Oxşar xəbərlər