Prezident İlham Əliyevin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının prezidenti, Fransa prezidenti və Ermənistanın baş naziri ilə görüşləri olmuşdur

Prezident İlham Əliyevin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının prezidenti, Fransa prezidenti və Ermənistanın baş naziri ilə görüşləri olmuşdur
  • Cəmiyyət

  • Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüə keçirildi.Bu görüş siyasi əhəmiyyətə malik görüşlərdən biri hesab olunur.Bu görüşü yekun nəticələri ilə Azərbaycanın növbəti siyasi qələbəsi hesab etmək olar.Xüsusən də İlham Əliyevin yüksək diplomatik bacarığı sayəsində Azərbaycan Ermanistana öz bütün şərtlərini qəbul etdirməyi bacardı.
             
    Həmçinin  və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq etdilər.
             
    10 Noyabr Bəyannaməsi 44 günlük Vətən müharibəsinə, hərbi əməliyyatlara son qoysa da, Ermənistan həmin Bəyyanmə ilə üzərinə bir sıra öhdəliklər götürmüşdü ki, sonrakı dönəmdə bu öhdəlikləri yerinə yetirməkdə imtina edir, sülh sazişinin imzalanmasını süni şəkildə uzatmağa çalışırdı.Lakin müharibədən sonra Azərbaycan tərəfinin ortaya qoyduğu hərbi-siyasi qətiyyət, Ermənistanın üzləşdiyi ümidsiz vəziyyət onu rəsmi Bakının şərtlərini qəbul etmək məcburiyyəti ilə üz-üzə qoydu.
               
    Müzakirə olunan məsələlərdən  biri də Naxçıvana avtomobil yolu üçün marşrutun verilməsi məsələsi ilə bağlı oldu. Prezident İlham Əliyev  mediaya açıqlamasında qeyd etdi ki, Ermənistanın baş rəsmisinə avtomobil yolu üçün marşrutun verilməsi ilə bağlı müraciət etsə də, bu məsələ cavablandırılmayıb.Halbuki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, regionda bütün kommunukasiyaların açılmasında maraqlıdır və xüsusilə də Naxçıvana dəmir yolu və avtomobil yolunun  açılmasını vacib hesab edir.
           
    Praqa görüşünün müsbət nəticələrindən biri də sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin müzakirəsi oldu.Bununla bağlı komissiyanın və sülh müqaviləsinin hazırlanması üçün işçi qrupların fəaliyyət göstərilməsi vaxtlarının və müddətlərinin müəyyən olunmasıdır.Hətta qərara alındı ki,sülh müqaviləsi üzərində işləyəcək işçi qruplar bir gün ərzində görüş keçirməklə kifayətlənməməli, həm də bir neçə gündə bir yerdə işləyərək məsələləri uyğunlaşdırmalı və konkret nəticəni ortaya qoymalıdırlar. Belə olarsa ilin sonuna qədər sülh müqaviləsinin imzalanması reallaşa bilər və Cənubi Qafqaza, regiona uzun müddətli sülh gələ bilər.Amma proseslərin necə davam edəcəyi isə Ermənistanın özünü necə aparmasından asılı olacaq.
               
    Praqa   görüşü bundan əvvəlki görüşlərdən fərqlənirdi. , Ermənistanın baş naziri Nikol Paşinyan Praqa görüşünə əvvəlcədən hazırlaşmışdı və guya özünü  hazırladığı şərtləri Azərbaycana qəbul etdirməyi qarşısına məqsəd qoymuşdu .Amma Prezident İlham Əliyevin siyasi proseslərə beynəlxalq hüquq müstəvisində yanaşması və xalqımızın milli maraqlarını hər şeydən üstün tutaraq müzakirələrə qoşulması son nəticədə sülh müqaviləsinin imzalanmasına yeni bir istiqamət verdi.
            


    Babayeva Elanora,
    Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər