Uğurlu səfər - diplomatik qələbə

Uğurlu səfər - diplomatik qələbə
  • Cəmiyyət

  • Cənab Prezident  İlham Əliyevin növbəti Praqa səfəri çox uğurla yadda qalmışdır.Prezidentimiz həmişəki kimi yenidən diplomatiya uğurları ilə seçilmişdir.

    Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Macron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel arasında keçirilmiş görüşdən sonra verilən bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər, Fransa Prezidentinin saytının yaydığı bəyanatda vurğulanıb.Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ilin sonuna kimi Ermənistanla sülh sazişi imzalana bilər.Almatı Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirdi və MDB-nin yaradılmasını elan edən sənəd kimi qiymətləndirilir. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb."Onlar təsdiqləyiblər ki, oktyabrın sonunda sərhəd komissiyalarının Brüsseldə keçiriləcək növbəti iclasında bu razılaşma sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq", - bəyanatda sənəddə o da bildirilir ki, Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib.
               
    Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı Praqa görüşü liderlərin avqustda baş tutmuş Brüssel görüşündən bir müddət sonra Azərbaycan-Ermənistan sərhədində 200-dən çox hərbçinin ölümü ilə müşayiət olunan iki günlük toqquşmalardan sonraya təsadüf edir.Praqada dördtərəfli görüş iki dəfə keçirilib və ilk görüşdən sonra İlham Əliyev Azərbaycan mətbuatına müsahibə verib.İlham Əliyev deyib ki, Ermənistandan "xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər". Azərbaycan Prezidenti vurğulayıb ki, o, sülh müqaviləsini "çoxcildli yox, bir neçə maddədən ibarət yığcam sənəd" kimi görür:"Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik".Görüşdən sonra Ermənistan Baş naziri Nikol Pashinyan bəyanat vermədən Rusiyada keçirilən MBD dövlət başçılarının görüşünə yollanıb, yerli rəsmi mənbələr bildirib.Praqa sammtindən bir gün əvvəl Nikol Paşinyan Ermənistan parlamentində onun komandasının təklif etdiyi "sülh gündəliyi" proqramına sadiq qaldığını deyib. Bu gündəliyin həyata keçirilməsi üçün parlament çoxluğunun və xalqın dəstəyinə ümid edirəm. Mən bu yolla gedirəm və gedəcəyəm, - Baş nazir Parlamentdə sual-cavab zamanı bildirib.
                   
    İlham Əliyev Azərbaycan mediasına müsahibəsində deyib ki, görüşlər zamanı sülh müqaviləsi üçün Azərbaycanın Ermənitana təklif etdiyi beş prinsiplə bağlı heç kimin - nə Ermənistanın, nə də Avropa İttifaqının heç bir sualı olmayıb: "Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir".
                 
    İlham Əliyev dördtərəfli görüşü sülhə çatmaq üçün önəmli tədbir kimi qiymətləndirib.Görüşdən sonra tərəflərin yaydığı bəyanatda deyilir ki, Ermənistan və Azərbaycanın 1991-ci il BMT Nizamnaməsi və MDB-nin məqsədləri və prinsipləri haqqında Almatı Bəyannaməsinə istinadən bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb.Prezident İlham Əliyev deyib ki, şam yeməyindən sonra tərəflərlə bir də görüşəcək və əlavə edib ki, sülh prosesinə artıq təkan verilib. Tezliklə nazirlər ikinci dəfə görüşməlidirlər və biz təklif etdik ki, ondan sonra hər iki ölkənin işçi qrupları da bir araya gəlsinlər, bəlkə də bir görüş kimi yox, bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni, bizim niyyətimiz bundan ibarətdir. Hesab edirəm Praqa görüşləri - həm bu gün səhər Charles Michellə saat yarım görüş keçirdik, bir çox məsələləri müzakirə etdik və indiki görüş, axşam keçiriləcək görüş də bir məqsədi güdür ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın", - İlham Əliyev deyib.Azərbaycan Prezidenti bildirib ki, "sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır".
               
    Ölkəmiz Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə növbəti görüşsdə diplomatik qələbəsini qazanmışdır.



    Fazil Səmədov,
    Mololon kənd ümumi orta məktəbin müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər