Minalı ərazilərə keçmək istəyən şəxslər saxlanılıb

Minalı ərazilərə keçmək istəyən şəxslər saxlanılıb
  • Cəmiyyət

  • Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazələri olmadan keçməyə cəhd göstərən şəxslər saxlanılaraq inzibati qaydada məsuliyyətə cəlb olunublar.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan LEQAL.AZ-a verilən məlumata görə, rayon sakinləri Xəyal Quliyev və Sahil Rüstəmov idarə etdikləri avtomobillərlə işğaldan azad edilmiş ərazilərə daxil olmaq istəyərkən nəzarət qaydasına uyğun olaraq post ərazisində polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Yoxlamalar zamanı həmmin şəxslərin müvafiq icazələri olmadığı müəyyən edilib və barələrində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən X.Quliyev 10 gün müddətinə həbs, S.Rüstəmov isə inzibati qaydada cərimə edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər