Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə, zəngin tarixi keçmişə malikdir.Ölkəmiz ötən illərə nisbətən daha çox inkişaf etmişdir. Bütün bunlara başlıca səbəb Ulu Öndər Heydər Əliyevin davamçısı İlham Əliyevin siyasəti, məqsədyönlülüyü və əzmidir. Məhz Prezident İlham Əliyevin güclü dövlətçilik siyasəti nəticəsində ölkəmiz, günü gündən inkişaf edən ölkələr sırasındadır.Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dövlətçilik ənənələri, milli ənənələr nəzərə alınaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi keyfiyyət dəyişiklikləri edilib və böyük uğurlar qazanılıb. Ən əsası, dövlətimizin başçısı ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olub və Azərbaycanın dövlətçilik tarixinə yeni səhifəni qızıl hərflərlə yazıb. 30 ilə yaxın torpaqlarımız işğal altında idi, məhz ordumuzun gücü və Liderimizin əzmi nəticəsində torpaqlarımız düşmət tapdağından azad oldu. Biz qələbəni Qarabağı görməmiş, lakin yüksək vətənpərvərlik hissləri ilə tərbiyə olunmuş, tarixi, adət-ənənəni, mədəniyyəti bilən gənclər qanı bahasına qazandıq. Bu qələbə, eyni zamanda, Heydər Əliyev ideyalarının təntənəsi, İlham Əliyevin siyasətinin nəticəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti sayəsində hər bir ölkə vətəndaşı, dünyanın müxtəlif yerlərində yaşayan bütün azərbaycanlılar bu gün başlarını dik tuturlar.Artıq bütün dünya ölkəmizi qalib xalq kimi tanıyır. Bunun bariz nümunələrindən biri də bu il martın 31-də işğaldan azad edilmiş Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsidir.
Azərbaycan bu gün dünyada sürətlə inkişaf edən, iqtisadi sahədə böyük nailiyyətlər əldə edən ölkə olaraq söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi özünü təsdiq edib. Zəngin tariximizin xalqımızın inkişafında rolu böyükdür və bu tarixin geniş təbliğinə ehtiyac vardır. Vətənimizdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi indiki dönəmdə yeni imkanlardan istifadə etməklə effektiv təbliğatın aparılması nəticəsində bütün dünya əhalisi Azərbaycanın qədim dövlətçilik tarixi, zəngin milli adət-ənənələri, elm və mədəniyyəti barədə daha ətraflı və geniş məlumata malik olacaq. Bu isə dövlətimizin nüfuzunun daha da artması deməkdir.
Əfsanə Kərimova,
Masallı Gənclər Evinin toxuculuq və tikiş dərnəyin rəhbəri