Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, son sutkada birinci və ikinci mərhələ üzrə vaksinasiya olunmayıb. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 olub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya da olunmayıb.

    Vurulan vaksinlərin ümumi sayı 13 892 610, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 383 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 821, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 379 803, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 846 nəfər təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər