Masallı Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin növbəti yığıncağı olmuşdur. Rayon Ağsaqqallar klubunda keçirilən iclası şuranın sədri Ələşrəf Niftiyev açmış, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Ələşrəf Niftiyev rayon Ağsaqqallar şurasının Əsasnaməsinin yerinə yetirilməsində idarə heyəti üzvlərinin apardığı işlərin gedişi barədə məlumat vermişdir.
Sonra bu ilin payızında növbəti yaşıllaşdırma aksiyasının keçirilməsində Şuşanın 270 illiyi ilə əlaqədar rayon Ağsaqqallar şurasının təşəbbüsü barədə idarə heyəti üzvlərinin fikirləri müzakirə edilmişdir.
Azərbaycan Ağsaqqallar şurası və MƏSQ təşkilatı sədrlərinin 2022-2024-cü illər üçün birgə əməkdaşlığa dair sənədlə bağlı müvaviq icranın təmin edilməsi barədə şura sədri Ə. Niftiyevin şərhi dinlənilmişdir.
İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmiş, təklif və göstərişlər verilmişdir.
İclası rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev yekunlaşdırmışdır.
İbrahim ŞÜKÜROV,