ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə tank əleyhinə 143 mina aşkarlanaraq zərərsizləşdirilib

ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə tank əleyhinə 143 mina aşkarlanaraq zərərsizləşdirilib
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

    ANAMA-dan LEQAL.AZ-a bildiriblər ki, sentyabrın 12-dən 17-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 58, tank əleyhinə 143 mina və 98 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

    Həftə ərzində 563 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
    PAYLAŞ:

    Oxşar xəbərlər