Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 30 nəfər saxlanılıb

Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 30 nəfər saxlanılıb
  • Cəmiyyət

  • Son bir həftə ərzində “Əhmədli”, “NZS”, “Həzi Aslanov” qəsəbələri və digər ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 30 nəfər rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılanların bəziləri əvvəllər də eyni cinayətlərlə, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məhkum olunublar. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

    Faktlarla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir. Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi, həmçinin Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər