Masallı rayonunun ümumi təhsil müəssisələrindəda yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə olunub

Masallı rayonunun ümumi təhsil müəssisələrindəda yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə olunub
  • Cəmiyyət

  • Lənkəran-Astara Regioanal Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov məktəb direktorları ilə görüş keçirib.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, görüşdə yeni dərs ilində qarşıda duran vəzifələr, rayonun ümumi təhsil müəssisələrində dərs bölgüsünün aparılması, işçilərin əmək intizamı və onların tibbi müayinədən keçirilməsi, şagird yerdəyişməsi, uşaqların məktəbəhazırlıq qruplarına və birinci siniflərə elektron qeydiyyatının aparılması, tarifləşmə cədvəllərinin hazırlanması, vətəndaş müraciətlərinə baxılması və s. kimi məsələlər barədə müzakirələr aparılıb.









    PAYLAŞ:

    Oxşar xəbərlər