Rusiyanın “Utair” aviaşirkəti sentyabrın 7-dən etibarən sərnişinlərin yüksək tələbatı ilə əlaqədar Sankt-Peterburqdan Bakıya əlavə reys həyata keçirəcək.
Bu barədə TASS xəbər verir.
Məlumata görə, “Utair” “Pulkovo” hava limanından Bakıya uçuşların sayını həftədə 3-dən 4-ə çatdıracaq.
Sentyabrın 7-dən isə daşıyıcı əlavə reys açacaq. Belə ki, indi aviaşirkət reysləri bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri həyata keçirəcək./qafqazinfo