Prezidentin Qazaxıstan Respublikasının PrezidentiKasım-Jomart Tokayevlə görüşü

Prezidentin Qazaxıstan Respublikasının PrezidentiKasım-Jomart Tokayevlə görüşü
  • Cəmiyyət

  • Azərbaycanın siyasi arenada mövqeyinin güclü olması xarici dövlətlərlə işgüzar görüşlər keçirməsi və bu görüşlərdəəldə olunan müsbət nəticələr hər bir azərbaycanlının uğurudur.Qazaxstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına 24 avqust 2022-ci il səfəri də bu qəbildəndir.İstər Qazaxıstan,istərsədə Azərbaycan Respublikası Prezidentinin ikitərəfli münasibətlərin geniş gündəliyi və beynəlxalq problemlər barədə söhbətləri ölkələrin mövqeyinin üst-üstə düşdüyünü göstərirdi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Prezidentini ölkəmizə rəsmi səfərə dəvətini qəbul etdiyi üçün ona xüsusi təşəkkürünü bildirmiş, səfər münasibətlərin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcəyini qeyd etmişdir.

    Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşdəki çıxışında bildirmişdir ki, xalqlarımız arasında dostluğ və qardaşlıq daimi olacaqdır. Səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələləri,regional təhlükəsizlik, beynəlxalq problemlərə  dair ətraflı  danışıqlar aparılmış,çoxlu sənədlər imzalanmışdır. Bu görüşdə sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında stateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik əlaqələrinin dərinləşməsi haqqında imzalanmış Bəyannamənin xüsusi əhəmiyyət vardır. Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlar deyil,həm də müttəfiq ölkələrdir. Həmin Bəyannamə ölkələrarası əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki,gələcək inkişaf üçün çox mühüm əhəmiyyətə malikdir.
           
    Beynəlxalq arenada iki ölkə arasında əməkdaşlığımızın inkişafı yolları artıq müəyyən edilmiş,aparıcı beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayaraq çoxtərəfli əməkdaşlıq üçün yeni ilkin şərtlər yaranmışdır. Hər birimiz şahidiyik ki, iyun ayında Bakıda Azərbaycan,Qazaxıstan və Türkiyənin xarici işlər nazirliyinin görüşü oldu. Bu çoxtərəfli əməkdaşlığın yeni formatı olduğunun bariz nümunəsidir və bu əməkdaşlığın böyük perspektivləri olacaqdır.Birgə Bəyənnamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapmışdır.

    Bu görüş çərçivəsində nəqliyyat-logistika sahələri haqqında ətraflı danışıqlar aparılmış, hökumətin üzvlərinə əlaqələri  intensivləşdirmək istiqamətində müvafiq tapşırıqlar verilmiş,hər iki ölkəni birləşdirən Orta Dəhlizin çox böyük perespektivlərinin olduğu vurğulanmışdır.Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılmış, əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edilmişdir. 

    Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilmışdir.Qazaxıstan və Azərbaycan Respublikaları arasında dostluq və qardaşlıq əlaqələri iqtisadi-siyasi münasibətlərin inkişafına, hər iki dövlətin çiçəklənməsinə səbəb olacaqdır ki, bu da bizi çox sevindirir. 



    Zeynalova Lətafət,         
    Masallı şəhər R.Cəfərov adına 6 nömrəli tam orta məktəbin direktor əvəzi

               

    PAYLAŞ:

    Oxşar xəbərlər