Birinci növbədə onu qeyd etmək istəyirəm ki,Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər qədim tarixə malikdir.Hər iki ölkənin xalqları eyni kökə,eyni mədəniyyətə, ənənələrə sahibdir. Ölkələrimiz arasında əlaqələr davamlı olaraq həmişə inkişaf edib və bundan sonrada inkişaf edəcəkdir.Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də ölkəmizə rəsmi səfəri münasibətlərimizin inkişafına daha da təkan verəcəyinin subutu idi.Azərbaycanla Qazaxıstan arasında əlaqələr bundan sonra daha da uğurla inkişaf edəcəkdir.
Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayevin Azərbaycana səfəri və ölkə başçısı İlham Əliyevlə görüşü böyük nəticələrlə yadda qaldı.İki ölkə arasında müxtəlif sahələrə dair çox mühüm sənədlər imzalandı. İmzalanan razılaşmalardan biri də Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri oldu.
Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə və iki dövlət arasında müxtəlif sahələrə dair imzalanmış mühüm sazişlər,bəyannamələr əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaratmışına gətirib çıxarmışdır.Ümumikildəortaq tarixə, mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. Dövlətimizin başçısı Azərbaycanla Qazaxıstan arasında əlaqələrin daha da güclənməsinə böyük önəm verildiyini diqqətə çatdırıb.
Qazaxıstan Respublikasının Prezidenti çıxışında iki ölkə arasında əməkdaşlığın daha fəal şəkildə davam etdirilməsinin vacibliyinə diqqətə çəkib. Qazaxıstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Qazaxıstan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutmuşdur.
Azərbaycan Prezidentinin Qazaxıstan Prezidenti tərəfindən "Altın kıran" - "Qızıl qartal" ali ordeni ilə təltif edilməsi isə dövlətimizin başçısının fəaliyyətinə, dünyadakı nüfuzuna verilən dəyərdir.Prezidentimiz İlham Əliyev çıxışında vurğulamışdır:”Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır. Mən bu mükafatı bütün Azərbaycan xalqına hörmət əlaməti hesab edirəm. Bu mükafatı Siz təqdim etdiyinizə görə xüsusi qürur duyuram.”
Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru