Prezident İlham Əliyevin AzTV-yə müsahibəsi

Prezident İlham Əliyevin AzTV-yə müsahibəsi
  • Cəmiyyət

  • Danılmaz faktdır ki , Prezident İlham Əliyevin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Bölgələrdə aparılan işlərə ciddi nəzarət edən Prezident İlham Əliyev bűtűn sahələrə diqqət və qayğı ilə yanaşır. Bölgələrdə istər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilir. Prezident İlham Əliyevin növbəti səfəri İsmayıllı rayonuna olmuşdur.

    İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına műsahibəsində Prezident İlham Əliyev bildirmişdir ki, Basqal ölkəmizin qədim kəndlərindən biridir. Bu yerin tarixi siması qorunmalıdır. Yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparıldığını bildirən Prezident İlham Əliyev bildirmişdir ki, İsmayıllı rayonunda da yaşayan insanlar űçűn daha yaxşı şərait yaradılmalı, iş yerlərinin açılması űçűn yeni imkanlar olmalıdır. Prezident İlham Əliyev o cűmlədən “ Qisas" əməliyyatı barədə sőhbət açmışdır.

    Bildirmişdir ki, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz - deyə Ali Baş Komandan bildirmişdir. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar.



    Müşfiq Qurbanov,
    Masallı rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi
    PAYLAŞ:

    Oxşar xəbərlər