Şəhid olan hərbi qulluqçumuz Naxçıvanda dəfn edildi

Şəhid olan hərbi qulluqçumuz Naxçıvanda dəfn edildi
  • Cəmiyyət

  • Kəlbəcər rayonunda minaya düşərək şəhid olan hərbi qulluqçumuz Əliyev Babək Əsgər oğlu dəfn edilib.

    Şəhid Culfa rayonunun Ləkətağ kəndində torpağa tapşırılıb.

    15:37

    Ötən gün Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevlə vida mərasimi keçirilir.

    Mərasim şəhidin Culfa rayonu Ləkətağ kəndində ailəsinin evində keçirilir.

    Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

    Mərasimdən sonra şəhid kənd qəbiristanlığında dəfn ediləcək.

    Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.

    Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda istintaq davam edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər