Ceyhun Əsgərov xəstəxanaya yerləşdirildi

Ceyhun Əsgərov xəstəxanaya yerləşdirildi
  • Cəmiyyət

  • Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov xəstəxanaya yerləşdirilib.

    Bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib. 

    “Bir neçə saatdır ki, Ceyhun Kliniki Tibbi Mərkəzdədir və hal-hazırda da onun yanındayam.

    KTM rəhbərliyinə də bu barədə məlumat vermişəm və onun vəziyyəti tam bizim nəzarətimizdədir. Onun sağalması üçün əlimizdən gələni edəcəyik!”, - deyə o qeyd edib. 

    Qeyd edək ki, bu gün C.Əsgərov "Facebook" hesabında səhhətilə bağlı narahatlıq doğuran paylaşımlar edib. Daha sonra həmin paylaşımları silib.

    C.Əsgərov səhhətində problemlərin olduğunu və bu gün getdiyi xəstəxananın onu qəbul etmədiyini bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər