Cənab Prezidentin bildirdiyi kimi rayonların inkişafı ilə bağlı xalqımız özü təşəbbüs göstərməlidir. Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Cənab Prezident bildirmişdir ki, biz özümüz sahibkarları rayonlarınıza cəlb etməliyik, həm yerli sahibkarları, həm də xarici sahibkarları. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Möhtərəm Prezident hesab edir ki, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək bizim əsas vəzifələrimizdən biridir.
Bu barədə əslində də son illərdə bir çox işlər görülüb. O dəfələrlə Göygöl, Lerik və Masallı rayonlarında olarkən, o cümlədən bu məsələ ilə də maraqlanmış və öz tövsiyələrimi vermişdir. Bildirmişdir ki, bu rayonlarda müasir istirahət zonaları, otel kompleksləri inşa edilib və əlbəttə ki, bu proses daha geniş vüsət almalıdır.Cənab Prezident bildirmişdir ki, bir neçə il bundan əvvəl, hətta Vətən müharibəsinə qədər Göygöl gölü də ictimaiyyət üçün açılmışdır. Cənab Prezident , müharibədən əvvəlki illərdə də Göygöl gölümüzə, bizim təbii sərvətimizə insanların yaxınlaşması, yaxud da ki, gəlişi mümkün olmaması ilə maraqlanmışdır. Bunu onunla əsaslandırırdılar ki, təmas xəttinə yaxın olan ərazidir. Ondan sonra araşdırmağa başlanmışdır və görülmüşdür ki, Göygöl gölü turizm obyekti kimi və bu gölün ekoloji vəziyyəti, ekosistemi qorunmaq şərtilə açıla bilər və bunu da həyata keçirilməsini təmin etdiklərini bildirmişçdir.İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir. Əlbəttə ki, bu gözəl yerin turizm üçün çox böyük əhəmiyyəti var. Eyni zamanda, nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır.
Digər rayonlarda da turizm potensialı çox zəngindir. Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Cənab Prezident bildirmişdir ki, onun göstərişilə yol əsaslı şəkildə təmir olunmuş, yenidən qurulmuşdur. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var. Bu rayonların turizm potensialı çox zəngin olduğunu Möhtərəm Prezident dəfələrlə vurğulamışdır ki, eyni zamanda, hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün də çox gözəl imkanlar olduğunu,burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmasının mümkün olduğunu ,müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməli olduğunu Cənab Prezident söyləmişdir, bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir. Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrildiyini Cənab president İlham.Əliyev çıxışında vurğulamışdır. O bu məsələni bu yaxınlarda ciddi araşdırılmağa başladığını və burada çox böyük pozuntular aşkarladıqlarını bildirmişdir. Bunun təkcə regionlara aid olan məsələ olmadığını Bakı şəhərində, Abşeron yarımadasında da belə halların olduğunu bildirmişdir.
O, bir daha öz çıxışında qeyd etmişdir ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırılacağını qətiyyətlə söyləmişdir. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Cənab Prezident bildirmişdir ki ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır, həm rəhbərlik edəcəkləri rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır. Cənab Prezident bildirmişdir ki, Azərbaycan ərazi baxımından o qədər də böyük ölkə deyil, hər qarış torpaqımız qiymətlidir, dəyərlidir və torpaqdan insanlar istifadə etməlidirlər. Fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər,biz ölkəmizin ekoloji sistemini qorumalıyıq və Cənab Prezidentin tövsiyələrindən biri də bundan ibarət olmuşdur,görülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Xüsusilə həm Göygöl, həm Lerik, həm də Masallı çox zəngin təbiəti olan rayonlardır. Ona görə ekoloji tarazlıq, ekoloji normalar qorunmalıdır. Onların bunu mütləq nəzərə almalarını məsləhət görmüşdür.
Sevda Nuriyeva,
Masallı rayon Qəzvinoba kənd ümumi orta məktəbinin direktoru