Son günlər paytaxtın ali təhsil ocaqlarında məzun günləri keçirilir.
Ali təhsilin başa vuran gənclər müstəqil həyat yolunda iri addımlarla yürüməyə başlayırlar. Belə təhsil ocaqlarından biri olan Qərbi Kaspi Universitetində iyunun 29-da məzun günü keçirilib.
Məzunlar sırasında “Yeni Azərbaycan naminə” qəzetinin və YeniAN.az saytının təsisçisi və baş redaktoru Ramazan Bağırov da olub. İkinci ali təhsil alan Ramazan Bağırov Qərbi Kaspi Universitetinin “Politologiya” ixtisasının məzunu olub.
Onu da qeyd edək ki, Ramazan Bağırov birinci ali təhsilini Moskva Dövlət Açıq Universitetinin hüquqşünaslıq ixtisası üzrə alıb. Hazırda Rusiya Federasiyasının Kalmık Dövlət Universitetində “Dünya tarixi” ixtisası üzrə təhsilini davam etdirir.
Tanınmış jurnalist, siyasətçi və hüquq müdafiəçisi olan R.Bağırov Ümummilli Lider Heydər Əliyev ilə bağlı 200-ə yaxın siyasi məqalənin müəllifidir.
Onun verdiyi siyasi proqnozlar əksər hallarda özünü doğruldur.
Belə proqnozlara misal olaraq 2-ci Qarabağ savaşının və Rusiya-Ukrayna müharibəsinin başlanmasını siyasi şərhçi olaraq bir neçə il öncə KİV vasitəsilə publikaya çatdırmasını göstərmək olar.
www.Leqal.Az