Beynəlxalq Forumun ölkəmizə önəmliyi

Beynəlxalq Forumun ölkəmizə önəmliyi
  • Cəmiyyət

  • Bakıda keçirilən 9- cu Beynəlxalq Forum olduqca önəmli siyasi və geosiyasi mahiyyət daşıyır. Dünyanın 50 ölkəsindən gələn dəyərli düşüncə sahiblərinin iştirak etdiyi Forum dünyanın qlobal problemlərinin həlli istiqamətində müzakirələr etməsi, gerçəkdən də dünyada qlobal problemlərin həllinə müsbət təsirini göstərəcəyi ümüdlərini yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi və himayəsi ilə   keçirilən forum, onun çıxışı ilə məna qatının təsir gücünü daha da artırmış oldu. Cənab İlham Əliyev Qalib Ölkənin Qalib Rəhbəridir. Ona görə də o bu forumu himayə etməsilə və olduqca səmimi, məntiqli və təmkinli çıxışı ilə dünyaya verdiyi mesajın məna qatında əsas fikirləri insanlara transfer etdi. Cənab İlham Əliyev müharibədən sonrakı vəziyyəti olduğu kimi bəyan etdi. Azərbaycanın Qafqazada sülhə nail olmaq üçün Ermənistanla da sülh müqaviləsi bağlamaq isdədiyini bildirdi. Amma Ermənistan Azərbaycanın bu təklifini cavabsız qoyub. Əgər Ermənistan sülh istəmirsə, o zaman nə istəyir. İkinci Qarabağ müharibəsini unutmasınlar. Cənab İlham Əliyev açıq bəyan etdi ki, "əgər Erməsitan Azərbaycanın ərazi bütövlüyünü sual altına alacaqsa, o zaman Azərbaycan da Ermənstanın ərazi bütövlüyünü sual artına almasına məcbur olacaq. Buna bizim tarixi haqqımız var... Ermənistan Qarabağda status tələb edirsə, o zaman nə üçün Azərbaycan Qərbi Zəngəzurda status tələb etməsin?" Prezident Cənab İlham Əliyev çıxışında dəmir məntiqli ritoriq rualları ilə erməniləri və ermənistanı özlərinin geostrateji mübarizələrində vasitə, alət olaraq istifadə edən bütün böyük güclərə qlobal səviyyədə xəbərdarlıq mesajlarını göndərdi.

    Məlumdur ki, bütün bu erməni haqsızlığı, həyasızlığı, özbaşınalığı da, ümumi dünya nizamına olan qlobal təhdidlərin tərkib hissəsidir. Kobud şəkildə ifadə etsəm ümumilikdə tarixdə yaradılmış "Erməni məsələsi", Ermənistan respublikası və s. bunlar hamısı böyük güclərin məkirli layihələridir. Öz geostrateji hədəflərinə çatmaq üçün ermənilərdən istifadə ediblər və edirlər. Böyük geosiyasi "şahmat oyunun"da inanın ki, ermənistanın və ermənilərin səviyyəsi piyada (peşqa) səviyəsindən də aşağı səviyədədir. Məhz ona görə də Cənab İlham Əliyev dünyada nizama, sülhə, ədalətə təhtid kimi ermənistanla olan vəziyyəti daha çox diqqətə çatdırdı. Bununla Cənab Prezident gələcəkdə ermənistan tərəfindən bizə qarşı hər hansı hücumun qarşısını almaq üçün beynəlxalq səviyyədə xəbərdarlıq edərək, Azərbaycanın əks hücumuna siyasi və mənəvi haqq qazanmış oldu. Prezident cənab İlham Əliyev çıxışının əvvəlində bəyan etdi ki, dünyada yeni yanaşmalara əvvəlkindən daha çox ehtiyac vardır. Gerçəkdən də dünyada bütün hadisələrə bütün dövlətlərə yeni baxışla, yeni bir prizmadan baxmaq lazımdır. Ukraynada kedən Rusiya ilə ABŞ, qərb arasında müharibə də yeni yanaşma tələb edir. Bu yeni yanaşma sözsüz ki, ən əvvəl böyük güclərin öz geostrateji planlarını yenidən yazmalarını tələb edir. Bakıda keçirilən 9 cu Beynəlxalq Forumun əsas mahiyyəti də, dəyəri də dünyamızı fəlakətə sürükləyən imperialist düşüncə ilə çəkilən geostrateji planları yenidən yazmağa cənabları dəvət etməkdir. Ən azından bu cənabların fikilərini doğru yola yönəltməkdir. Bu mənada 9 cu Beynəlxal "Dünya Nizamına Təhdid" adlı Forum olduqca önəmli siyasi və geosiyasi hadsədir.


    Müşfiq  Qurbanov,
    Masallı rayonu, Çaxırlı kəndi
    PAYLAŞ:

    Oxşar xəbərlər