Bu gün Azərbaycan xalqı müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh hissi ilə qeyd edir.
1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda böyük mübarizə əzmi yaratdı.
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir oaln liderə ehtiyac duyulurdu.Hər kəs əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət varsa o da məhz Heydər Əliyevdir. Bu bütün Azərbaycan xalqın ürəyinin səsi idi. Bəli xalqın arzuladığı gün 1993-cü il iyunun 9-u. Ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi.
Bu gün ölkəmizin taleyində dönüş anı oldu,böyük qurtuluşa doğru mühüm addım atıldı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və Azərbaycan xalqının qurtuluş günü kimi tarixə yazıldı. Böyük risklərə,çətinliklərə,təhnələrə baxmayaraq, xalqın qurtuluşunu öz üzərinə götürdü.Müstəqillik tariximizin möhkəm,heç kimin dağıda bilmədiyi təməli qoyuldu,15 iyun- Milli Qurtuluş Günü.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verib, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artırıb.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı.
Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.Bu gün Prezident İlham Əliyevin həmrəylik siyasətinin şüarı olaraq ictimai yaddaşda möhkəmlətdiyi “Biz birlikdə güclüyük” devizi Zəfər tarixinin ideoloji əsası oldu; Qarabağın işğaldan azad olunması yoluna xalq öz lideri ilə birgə çıxdı, dəmir yumruğa çevrilib, ölkənin ərazi bütövlüyünü bərpa etdi.
Qarabağın azadlığı, bu gün orada sürətlə aparılan quruculuq işləri, müxtəlif platformalarda təşkil olunan postmüharibə dövrü müzakirələrdə Azərbaycanın mənafelərinin sona kimi qorunmasında ortaya qoyulan iradə İlham Əliyevin Prezidentlik fəaliyyətinin zirvəsi, ən parlaq səhifəsidir.
“Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” - söyləyən ulu öndər Heydər Əliyevin dediyi kimi oldu. Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinə öz imzasını qoydu və layiqli siyasi varis olduğunu sübut etdi və bundan sonra da davam etdirəcəkdir.
Tağıyeva Əntiqə,
Masallı Tarix - Diyarşünaslıq Muzeyinin direktoru,
Azərbaycanın Əməkdar Mədəniyyət işçisi