Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – Azərbaycan

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – Azərbaycan
  • Cəmiyyət

  • Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib.Sərgidə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət  iştirak edib. Bakı Enerji Həftəsi tədbiri özündə üç ayrı layihəni özündə birləşdirir: - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əlbəttə ki,  keçiriləcək əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumu. 

    27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox böyük  əhəmiyyətli rol oynayıb.Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr ölkəmiz tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir.   Eyni zamanda, paralel olaraq, dövlətimiz  neft hasilatını artırmaq və beynəlxalq bazarlara çatdırmaq məqsədilə beynəlxalq sərmayədarlarla, dünyanın aparıcı enerji şirkətləri ilə fəal işləmiş və işləməkdə davam edir. 

    2006-cı ildə   Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilməsi , Azərbaycan qazının qonşu ölkələrin Türkiyə və Gürcüstanın regional bazarlarına nəql olunmasına böyük şərait yaratdı.  Bu layihələr ölkəmizin ən ağır , mürəkkəb siyasi mühitinin zamanında həyata keçirilib.Əməkdaşlığımız möhkəm olan Türkiyə və Gürcüstan arasında regional əməkdaşlığın gücləndirilməsinə  bir daha təkan vermiş oldu.
     
    Möhtərəm Prezidentimiz   27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edərək demişdir:” Ənənəvi Xəzər Neft-Qaz Sərgisi və Konfransı, həmçinin Bakı Enerji Həftəsi çərçivəsində bütün bu vacib məsələlər müzakirə ediləcəkdir. Neft təchizatı həcminin artırılması müzakirə olunacaq. Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib. Təəssüf ki, Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir.
               
    Hesab edirəm ki, bu gün artıq onlar fikirlərini dəyişiblər. Çünki hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac marşrutlarımız var – müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə biz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edirik və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırırıq.
                 
    Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq. Beləliklə, hər bir məsələdə şaxələndirmə vacibdir.”Azərbaycan keçirilən  Beynəlxalq əhəmiyyətli  layihələrə ev sahibliyi etmək bacarığına malikdir və bundan sonrada  olacaqdır. 
     
    Yaşasın Azərbaycan! Yaşasın Möhtərəm Prezidentimiz!


    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyin direktoru
    PAYLAŞ:

    Oxşar xəbərlər