Prezident İlham Əliyevin “Ağıllı kənd” layihəsinin açılışında çıxışı

Prezident İlham Əliyevin “Ağıllı kənd” layihəsinin açılışında çıxışı
  • Cəmiyyət

  • Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və orada yaradılan şəraitlə tanış olublar.İlk öncə Prezident İlham Əliyev öz təəssürratlarını bölüşüb.Əvvəlcə qarşıdan gələn müstəqillik günü ilə bağlı xalqını təbrik edən Prezident İlham Əliyev sözlərinə bu cür davam etti.Mən əminəm ki bu günkü müstəqillik dövründə hər bir Azərbaycanlı, hər bir insan görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir.Müasir Azərbaycan müstəqilliyə qovuşandan sonra da müvəqqətidə olsa ölkədə gərginlik yarandı.Çünki iki il ərzində 1991-ci ilin oktyabrından 1993-cü ilə qədər Ermənistan Azərbaycana qarşı növbəti təcavüz etmişdir və müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı Xocalı soyqırımını törətmişdir.Ondan 3 ay keçəndən sonra Şuşa işğal olundu, Laçın işğal olundu və 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu.Beləliklə, Ermənistanla Qarabağ arasında canlı bağlantı yaradıldı.Biz 1993-cü ildə də eyni vəziyyətlə üzləşə bilərdik.Çünki Azərbaycan müstəqil siyasət apara bilmirdi.Müstəqillik, əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara bilirsən yoxsa yox.

    1993-cü ildən başlayaraq xalq Ulu öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır.bu gün burada olmağımız, Ağalı kəndinin açılışında iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır.Nə XX əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimiz möhkəm olmamışdır.On görə də xalqımız böyük faciələrlə üzləşmişdi.Ancaq bu gün müstəqilliyimiz möhkəmdir və bunun nəticəsində biz ikinci Qarabağ müharibəsində tarixi Qələbə qazandıq.Bunun nəticəsində düşməni diz çökdürdük və bunun nəticəsində bu gün biz buradayıq.
    Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük.Siyasi cəhətdən tam müstəqilik.heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır.Biz bundan sonra müzəffər xalq kimi yaşayacağıq.Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm də milli ləyaqətimizi bərpa etdik.

    Cəmaləddin Cabbarov,
    Masallı rayon Mahmudavar kəndi
    PAYLAŞ:

    Oxşar xəbərlər