Öz çıxışında ölkə başçısı Vahid Hacıyevi Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə təyin olunduğu üçün təbrik edib. Ölkə başçısı çıxış zamanı bildirib ki, Zəngilan rayonu da azad edilmiş digər rayonları kimi dağıntıya məruz qalmış, kəndlər yerlə-yeksan edilmişdir. Erməni vəhşiliyinin izləri bu şəhərdə də görünməkdədir. Prezident qeyd etmişdir ki, bununla ermənilər öz vəhşiliyini bütün dünyaya nümayiş etdirmişlər.
Prezident İlham Əliyev Zəngilan rayonunda gedən abadlıq-quruculuq işləri haqqında geniş məlumat vermişdir və xatırlatmışdır ki, Zəngilan və eləcə də işğaldan azad edilmiş digər ərazilər ölkəmizə faydalı olacaq kənd təsərüfatı, maldarlıq və mədən işləri baxımından çox əlverişlidir. Ölkə başçısı həm də nəzərə çatdırmışdır ki, Zəngilan rayonunda böyük infrastruktur layihələr icra edilir ki, Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastukturu xüsusilə qeyd edilməlidir.
Ölkəmizin başçısı yeni reallıqlardan söz açarkən Zəngəzur dəhlizini xüsusi vurğulayıb. Bilirik ki,Zəngəzur dəhlizi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.Bu,Azərbaycan iqtisadiyyatının inkişafına ,sözün əsl mənasında,əhəmiyyətli şəkildə təsir edəcəkdir.
Çıxış zamanı ölkə prezidenti bəzi xatırlamalar da etmişdir. Vaxtilə Ermənistananın Azərbaycan torpaqlarını işğal etdiyi zaman Ermənistandan Cəbrayıla yol çəkmək niyyətində olduğunu söyləmişdir. Təbii ki, bu yol zəngilandan keçməli idi . Amma onların niyyəti baş tutmadı və tuta da bilməzdi.Ölkə başçısının yürütdüyü düzgün siyasət imkan vermədi ki,erməni vandalları mənfur niyyətlərini həyata keçirsinlər.
Görüşdə bir çox vacib məsələləri qeyd edərək bildirmişdir ki, Zəngilanda gedən işlərə xüsusi nəzarət olunur.Əsas məsələ Zəngilana qayıdan vətəndaşların rahatlığının təmin edilməsidir. Onun üçün də müəyyən işlər görülməlidir. Prezidentin çıxışından məlum oldu ki, Zəngilanda kənd təsərrüfatına diqqət artırılmalıdır. Çünki bu yerlərin iqlimi buna imkan yaradır.Lakin qara xislətli ermən vəhşiləri torpaqlarımızı talamaqla bərabər Qarabağın zəngin təbiətinə də xeyli ziyan vurmuşlar.Birmənalı olaraq deyə bilırik ki,işğaldan azad olunan torpaqlar ekoloji fəlakət zonasına çevrilmişdirƏlbəttə ki,Ermənilər beynəlxalq qurumların qarşısında törətdikləri cinayətlər üçün cavab verməlidirlər.Azərbaycana dəyən zərər .
Görüşün sonunda ölkə rəhbəri bir daha qeyd edib ki, Zəngilan öz təbiəti il ölkəmizin ən gözəl rayonlarından sayılır. Rayonun turizm potensialı genişdirsə ,bu, inkişaf etdirilməlidir.
Prezidentin köçkünlərə diqqət və qayğısı hər zaman hiss olunur. Zəngilan köçkünlərinə olan qayğısı da diqqət mərkəzindədir. Çünki çıxış zamanı İlham Əliyev öz ata-baba yurdlarına qayıdacaq zəngilanlıların həyat şəraitiniyaxşılaşdırmaq üçün hər addımın atılacığını qeyd edib. Və bildirib ki, onlar öz torpaqlarına qayıdan zaman özlərini rahat hiss etməlidirlər.
Şəkilə Xəlilova,
Masallı rayon Qızılağac kənd 1 saylı orta məktəbin müəllimi